×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanında turistlərə yeni növ vizalar veriləcək

Bakı, 25 yanvar, AZƏRTAC

Səudiyyə Ərəbistanının hakimiyyət orqanları əcnəbilərə yeni növ - 96 saatlıq tranzit vizalar verəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Saudia” aviaşirkəti hakimiyyət orqanları ilə birgə “Sizin bilet vizadır” adlı layihə reallaşdırır. Layihəyə əsasən, əcnəbilər bu aviaşirkətin biletləri ilə Səudiyyə Ərəbistanda dörd gün, yəni 96 saat qala biləcəklər. Bu vaxt ərzində qonaqlar görməli yerləri ziyarət edə və ya həcc ziyarətini yerinə yetirə biləcəklər.
“Saudia”nın sərnişinləri vizanı bu ilin birinci yarısında biletlərin onlayn bron edilməsi zamanı rəsmiləşdirə biləcəklər.

Turizm 2023-01-25 02:07:00