×
A
A
A
Sazlamalar

Dünyanın ən uzun asma körpüsü Çexiyada açılıb VİDEO

Bakı, 2 may, AZƏRTAC

Dünyanın ən uzun asma körpüsü Çexiyada açılıb.
Kralicky Sneznik dağının iki zirvəsi arasında uzanan piyada yolu 721 metr uzanır və yerdən 95 metr yüksəklikdə ən uca nöqtəsinə çatır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, istehsalına 2 il sərf olunan polad konstruksiya 450 ton ağırlığında və 66 kabellə dəstəklənir.
Mlansk çayı vadisində gəzmək istəyən cəsarətli və hündürlüyü sevən macəra həvəskarları üçün Doln Morava kurortu giriş və turlar təşkil edir.

Bu maraqlıdır 2022-06-02 19:03:00

Video