Yaponiyada hidrogen mühərrikli avtomobil yarışa qatılıb
Tokio, 24 may, AZƏRTAC
Yaponiyada hidrogen yanacağı ilə işləyən mühərrikli, ekoloji cəhətdən təmiz yeni növ avtomobil yarışda iştirak edib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, “Toyota” şirkəti tərəfindən hazırlanmış həmin avtomobil hidrogen yanacağı ilə işləyir. Bu hidrmobil bütün dünyada avtomobil istehsalçılarının karbon qazı yaymayan elektromobillərin istehsalını tənzimləməyə çalışdığı bir vaxtda yarışa qatılıb.
Bildirilir ki, dözümlülük uğrunda 24 saat davam edən yarış mayın 22-də Şizuoka prefekturasında start götürüb.
Yarışın iştirakçıları arasında çox az miqdarda karbon qazı yayan hidromobil də yer alıb. Qeyd edilir ki, bu maşının mühərriki benzin əvəzinə hidrogen ilə hava qarışığını yanacaq kimi işlədir.
Yarış zolağında onun saatda 200 kilometr sürətlə hərəkət etdiyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib