×
A
A
A
Sazlamalar

Virciniya ştatının sakini 20 lotereya bileti ilə 20 dəfə pul udub

Vaşinqton, 4 sentyabr, AZƏRTAC

Virciniya ştatında maraqlı hadisə baş verib. Ştatın sakini 20 eyni rəqəmli lotereya biletini seçməklə baş mükafatı 5 min dollar məbləğində olan oyunda 100 min dollar pul vəsaiti udub.
AZƏRTAC xəbər verir ki, bunu Virciniyanın lotereya təşkilatı idarəsinə Cənubi Boston şəhərinin sakini Toni Maylz bildirib. O, avqustun 22-də gecə saatlarında keçiriləcək lotereya oyunu üçün aldığı 20 biletin hər birinin 1-9-2-9 kombinasiyalı nömrələrdən ibarət olduğunu söyləyib.
“Centerville Mart” mağazasında alınan biletlərin hamısı tirajdakı dörd rəqəmlə üst-üstə düşərək hər biri ayrı-ayrılıqda Maylza 5 min dollar məbləğində olan baş mükafat, ümumilikdə götürdükdə isə, 100 min dollarlıq cekpot qazandırıb. Qeyd edək ki, Toni Maylz uduşdan alacağı pullarla ən əvvəl bəzi hesabları ödəyəcəyini bildirib.

 

Yusif Babanlı
AZƏRTAC-ın Vaşinqton bürosu
Vaşinqton

Bu maraqlıdır 2020-09-04 15:54:00