×
A
A
A
Sazlamalar

Dövlət Rəsm Qalereyası “+5C” adlı yeni virtual layihəyə start verir

Bakı, 7 iyul, AZƏRTAC 

Azərbaycan Dövlət Rəsm Qalereyası iyulun 8-də saat 18:00-da “+5C” adlı yeni virtual layihəyə start verəcək.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, sənətsevərlər xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində ilk dəfə Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm də 5 suala cavab verib, hədiyyə də qazana biləcəklər.
Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının “Instagram” (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulub, iştirak etmək mümkündür.
Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “whatsapp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.

İncəsənət 2020-07-07 17:34:00